Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

One Solution

Kiçik Mühasib

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Namizədə dair tələblər: Mühasibatlıq və maliyyə sahəsində minimum 1 il iş təcrübəsi; Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Milli mühasibat uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər; MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı; 1C ERP proqramlarında işləmə təcrübəsi üstünlük sayılır; İngilis dili biliyi (orta) ; Tikinti və ya layihə əsaslı sahədə iş təcrübəsi üstünlükdür. Vəzifələr: Müəssisə, idarə və təşkilatların rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verilməsi, qeydiyyatlarının rəsmiləşdirilməsi Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək; Mal-material ehtiyatlarının uçotunun aparılması, onların hərəkətinin izlənilməsi və müvafiq ilkin sənədlər əsasında düzgün layihələr üzrə aidiyyəti xərclərə bölüşdürülməsinin təmin edilməsi; 1C ERP proqramında həyata keçirilən bütün təsərrüfat və maliyyə əməliyyatlarının müvafiq ilkin sənədlər əsasında uçot sisteminə vaxtında, düzgün və tam şəkildə daxil edilməsi; Elektron qaimə fakturaların yazılması; Digər gündəlik (bank ödənişlərinin yerinə yetirilməsi, invoys və e-qaimələrin izlənilməsi və s.) əməliyyatların yerinə yetirilməsi. Əməkhaqqı məbləği: 800-1000 İş yeri: Bakı şəh. Həftənin iş günləri: Həftədə 5 gün Vatsap: 0102411969 "Kiçik Mühasib" qeyd edib Cv-nizi career@onesolution.az e-mail adresinə göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.