Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Layihələr və texniki işlər üzrə daxili audit

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

​​​​İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Vəzifə öhdəlikləri: Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək; Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq; Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək; Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək; Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək; Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək; Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq; Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq; Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək; Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək; Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər: Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə); MS Office proqramlarında işləmək bacarığı; Tikinti, layihələrin idarə edilməsi, texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi; Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək; Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə malik olmaq; Hesabatın hazırlanması və yazılması bacarığı. Təklif olunur: Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini hr@kbti.gov.az elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.