Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Deluxe Park Gusar Resort&SPA

Mühasib

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Deluxe Park Qusar Hotel & Resort komandasına Mühasib vəzifəsi üçün təcrübəli namizəd axtarır. Vəzifə öhdəlikləri: Gündəlik mühasibat əməliyyatlarının aparılması və ilkin sənədlərin yoxlanılması Kassa və bank əməliyyatlarına nəzarət Təchizatçılarla hesablaşmaların və ödənişlərin izlənməsi Anbar və mal-material uçotunun aparılması Əmək haqqının hesablanmasında iştirak Vergi və statistik hesabatların vaxtında hazırlanıb təqdim edilməsi Aylıq və illik maliyyə hesabatlarının hazırlanması Otelin gəlir və xərclərinin təhlilində rəhbərliyə dəstək Namizədə tələblər: Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə) Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini bilməsi 1C proqramında və MS Excel-də sərbəst işləmə bacarığı E-taxes portalı ilə işləmə təcrübəsi Diqqətli, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti Otel sahəsində iş təcrübəsi üstünlükdür İş şəraiti: İş yeri: Qusar şəhəri İş qrafiki: tam iş günü Yaşayış yeri şirkət tərəfindən təmin edilir Gündə 3 dəfə qidalanma təmin olunur Əmək haqqı müsahibə əsasında müəyyən edilir Maraqlanan namizədlər CV-lərini və əmək haqqı gözləntilərini irada.suleymanova@deluxeparkqusar.com elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.