Vakansiya haqqında
Nəyi bilməlidir:
Azərbaycan, Rus və İngilis dili (Ünsiyyət səviyəsində);
Kamera cihazlarının iş prinspilərini;
Nəzarət buraxılış məntəqəsində yoxlanış qaydalarını
Nəyi bacarmalıdır:
Yüksək davranış və ünsiyyət;
Düzgün təhliletmə və qərarvermə;
Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
Detallara diqqət yetirmə;
Çeviklik;
Punktuallıq.
Xüsusi tələblər:
Səliqəli xarici görünüş;
Yaş həddi: 23-35;
Cinsi: Qadın
Tərcihən otelçilik sahəsində iş təcrübəsi;
Gözlənilən davranışlar:
Nizam-intizamlı;
Stresə dözümlülük;
Gülərüz və mehriban olmaq;
Komanda ilə işləmək bacarığı;
Dəyişkən iş qrafik və 2 növbəli işrejiminə uyğunlaşmaq;
Səliqəli görünüm;
İş şəraiti:
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu;
İş qrafiki: 2 növbəli;
Əmək haqqı: Müsahibə zamanı bildiriləcək;
Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir;
Azərbaycan Respublikası ƏM -nə müvafiq sənədləşmə.
Vəzifə öhdəlikləri:
Nəzarət buraxılış məntəqəsində gələn əməkdaşların və visitorların yoxlanılması
Visitorların qeydiyyatının aparılması;
Mehmanxanaya daxil olan və aparılan əşyaların sənədləşməsinə nəzarət;
Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq;
Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq;
Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək;
İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək;
Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “Nəzarətçi” qeyd etməklə CV recruitment@flyinn.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
