Vakansiya haqqında
Öhdəliklər:
Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək;
Binaya buraxılan şəxslərin "Nəzarət buraxılış qeydləri" kitabında qeydiyyatını aparmaq;
Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək;
Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək;
Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək;
Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək;
Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
İş yeri: "LANDAU School" City Garden kampusu.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Könüllü tibbi sığorta;
Landau School-da uşaqların təhsilinə xüsusi endirimlər.
Müraciət üçün:
099 206 04 79 (Vatsap ancaq Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız Vatsap üzərindən ediləcəkdir.)Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini və ya ən azı özləri haqqında qısa məlumatı və kampus uyğunluğunu qeyd etməlidir.Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
