Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Vergi qanunvericiliyinin tələblərinə uyğunluğu təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
Vergi və Statistika hesabatlarının yerli qanunvericiliyə əsasən hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi;
Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, tələb olunan sənədlərin toplanılması, sorğuların vaxtında cavablandırılması;
Gömrük bəyannamələrinin (YGB) yoxlanması və istifadə olunan proqram təminatında qeydiyyatının aparılması;
Şəxsi hesab vərəqəsinə nəzarət olunması və proqram təminatına qeydiyyatının aparılması;
Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
Təxirə salınmış vergilərin hesablanması;
İş prossesində vergi optimallaşdırılması analizinin aparılması və müvafiq təkliflərin hazırlanması;
Şirkətdə Əmək haqqları ilə bağlı aylıq yaranan öhdəliklərin (vergi, mdss, its, iss) sistemə daxil edilməsi;
Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət olunması;
Tələblər:
Mühasibatlıq, maliyyə və vergi sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3+ il iş təcrübəsinin olması;
Vergi Məcəlləsi ilə işləmə bacarığı
Balans cədvəli
Gəlir və zərər hesabatının hazırlanması
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri - Çıraq Plaza
Əmək haqqı müsahibə əsasında
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Vergi üzrə mütəxəssis” yazaraq hr@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
