Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Glolynx Azərbaycan MMC

İnsan Resursları üzrə Mütəxəssis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Komandamıza qoşulacaq, insan resursları sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq! Əsas vəzifə öhdəlikləri İşə qəbul prosesinin təşkili və namizədlərin seçilməsi; Vakansiyaların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi; Müsahibələrin təşkili və namizədlərlə əlaqələrin qurulması; İşçilərin şəxsi işlərinin və HR sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi; İşə qəbul, işdən azad olunma və digər kadr əməliyyatlarının sənədləşdirilməsi; İşçilərlə gündəlik HR məsələləri üzrə işin təşkili; Daxili qayda və prosedurların tətbiqinə dəstək göstərilməsi; İnsan resursları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə dair tələblər İnsan resursları və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək; MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı; Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları; Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma; Komandada işləmək və eyni zamanda müstəqil qərarlar vermək bacarığı; Məxfi məlumatlarla işləmə və peşəkar etik normalara riayət etmək bacarığı. İş şəraiti İş qrafiki: 5 günlük Saat: 08:00-17:00 İş yeri: Badamdar, Tofiq Məmmədov küç., 3/5 Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə gunel.huseynova@glolynx.com elektron poçt ünvanına göndərmələri xahiş olunur. Karyeranızı insan resursları sahəsində inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.