Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mochiki & Bubble

Marketinq Mütəxəssisi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Şirkətimiz komandanı gücləndirmək üçün təcrübəli və yaradıcı “Marketinq Mütəxəssisi” vəzifəsi üzrə işçi axtarışındadır. Əgər siz brend inkişafına, rəqəmsal marketinqə və məhsulun bazarda uğurlu təqdim olunmasına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Rəqabətqabiliyyətli əmək haqqı (təcrübə və bacarıqdan asılı olaraq 800 – 1000 manat ) Vəzifə öhdəlikləri Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi Brendin bazarda tanınması və inkişafı üzrə fəaliyyətlərin planlaşdırılması Rəqəmsal marketinq kampaniyalarının (sosial media, SEO, kontent marketinqi) idarə olunması Bazar araşdırmalarının aparılması və rəqiblərin təhlili Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinin təmin edilməsi Satış və digər departamentlərlə əməkdaşlığın qurulması Marketinq fəaliyyətlərinin nəticələrinin analiz edilməsi və hesabatların hazırlanması Yeni məhsul və xidmətlərin bazara çıxarılması prosesində iştirak Kontent hazırlanması (qrafik dizayn və real çəkilişlər - Instagram üçün reels və foto materialları). Peşəkar foto və video çəkiliş avadanlığı şirkət tərəfindən təmin olunacaq Instagram mesajları vasitəsilə müştərilərlə əlaqələrin idarə edilməsi Wolt merchant tətbiqində müştəri məmnuniyyətinin idarə olunması Promosion tədbirlərinin təşkili və hesabatlılığı Müxtəlif məhsul kateqoriyaları üzrə marketinq: ərzaq məhsulları, market (mall) məhsulları - içkilər, dondurma və desertlər, qəhvə və isti içkilər Şirkətin ERP sistemi vasitəsilə məhsul idarəetməsi - yeni bundle-lar, qiymət artımı və digər dəyişikliklər zamanı Trendlərdən xəbərdar olmaq və müvafiq təklifləri direktora çatdırmaq İnfluenserlərlə reklam hazırlanması və idarə edilməsi Tələblər Marketinq, İdarəetmə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil Marketinq sahəsində minimum 1 il iş təcrübəsi Rəqəmsal marketinq alətləri (Google Analytics, Meta Ads, SEO/SEM) üzrə biliklər Süni intellekt (Aİ) alətləri ilə (Higgsfield, Canva Aİ, GPT və s.) iş bacarıqı və təcrübə Analitik düşüncə tərzi və strateji planlaşdırma bacarığı Azərbaycan dilində sərbəst, ingilis və/və ya rus dilini bilmək üstünlükdür Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti Yaradıcılıq, təşəbbüskarlıq və nəticəyönümlülük Vizual uyğunluq biliyi - rənglər, simmetriya, brendbuk və s. Tədbir (event) idarəetməsi təcrübəsi Reels hazırlanması, video və foto redaktəsi bacarıqları Kontent hazırlanması və hesabatlılıq üçün AI alətlərindən istifadə təcrübəsi Trend analizi və trendlərin musiqi/səs istiqamətində dərindən bilinməsi Sahə və məhsula xas biliklər İnfluenser marketinqi üzrə biliklər Şirkət nə təklif edir Peşəkar inkişaf və təlim imkanları Dostluq mühiti və dinamik komanda Karyera yüksəlişi imkanları Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini “Marketinq Mütəxəssisi” vəzifəsinin adını qeyd edərək info@mochiki.az elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.