Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Seaport Catering

Menecer( Keyterinq, restoran üzrə iş təcrübəsi mütləqdir)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır. İş yeri: Regionlar üzrə. Əsas vəzifə öhdəlikləri Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət etmək və işçiləri təlimatlandırmaq; İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə etmək; Layihənin müəyyən edilmiş standart və prosedurlara uyğun idarə olunmasını təmin etmək; Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına uyğunluğuna nəzarət etmək; Məhsulların müəyyən edilmiş standartlara uyğun və düzgün formada təqdim edilməsini təmin etmək; İşçi heyəti arasında daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək; İnventar, ərzaq məhsulları və digər layihə ehtiyaclarının monitorinqini aparmaq; Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək; Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək; Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması üçün yeni təkliflər vermək; Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək; Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək; Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək; Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək; Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər: Kişi namizəd Ali təhsil; Güclü təşkilatçılıq və idarəetmə bacarığı; Komanda idarəetməsi və komandada işləmək bacarığı; Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti; Analitik düşüncə və operativ qərarvermə bacarığı; Məsuliyyətli, dəqiq və punktual olmaq; Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word, Excel, Outlook; Ofis avadanlıqları ilə işləmək bacarığı; Müştəriyönümlü və işgüzar olmaq; Dinamik və intensiv iş mühitində işləmək bacarığı. Xüsusi tələb: Namizəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır. Layihənin yerləşdiyi əraziyə uyğun olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna bilər. İş şəraiti: İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələr; Korporativ mobil nömrə və danışıq balansı ilə təminat; Yemək təminatı; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik iş mühiti. Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini Cv@seaport-catering.az e-mail ünvanına göndərə bilərlər. E-mail mövzu hissəsində “Menecer” qeyd olunmalıdır.Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.