Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bursa Kebap Evi

Aşpaz

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Bursa Kebap Evi mətbəx komandasına məsuliyyətli və komanda ilə işləməyi bacaran aşpaz axtarır! Əsas vəzifələr: Hazır yarımfabrikat məhsulları texnoloji kartlara və brend standartlarına uyğun bişirmək, porsiyalamaq və təqdimata hazırlamaq; Sifarişləri düzgün, keyfiyyətli və müəyyən edilmiş vaxt ərzində hazırlamaq; Məhsulların keyfiyyətinə, istifadə müddətinə və saxlanma şəraitinə nəzarət etmək; Qida təhlükəsizliyi, sanitariya və şəxsi gigiyena qaydalarına riayət etmək; Məhsullardan səmərəli istifadə etmək, itki və israfın qarşısını almaq; Mətbəx avadanlıqlarından düzgün istifadə etmək, iş sahəsini təmiz və səliqəli saxlamaq; Baş aşpazın tapşırıqlarını yerinə yetirmək və komanda ilə koordinasiyalı işləmək. Namizəddən gözləntilərimiz: Aşpaz vəzifəsində iş təcrübəsi; Hazır yarımfabrikat məhsulların bişirilməsi, porsiyalanması və təqdimatı üzrə bacarıq; Qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını bilmək və tətbiq etmək; Sıx iş tempində dəqiq və operativ işləmək; Məsuliyyətli, intizamlı olmaq və komanda ilə işləməyi bacarmaq. Türk mətbəxi üzrə minimum 3 ay təcrübə tələb olunur. Təklif etdiklərimiz: Rəsmi əmək müqaviləsi; 800 AZN əmək haqqı + nahar üçün əlavə ödəniş; Sabit iş mühiti və peşəkar kollektiv; Nizamlı iş qrafiki; Peşəkar inkişaf və karyera imkanları. İş yeri: Sevinc Mall (Qara Qarayev) İş qrafiki: 6 günlük Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Aşpaz” mövzusu altında hr@pja.az elektron ünvanına göndərə bilərlər və ya 055 444 47 95 nömrəsi ilə əlaqə saxlasin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.