Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sirab Satış və Dağıtım

Pərakəndə üzrə Satış təmsilçisi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri: Müəyyən olunmuş marşrut (rut) planı üzrə satış nöqtələrini müntəzəm ziyarət etmək, müəyyən edilmiş satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək; Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək, ərazidə yeni satış nöqtələri cəlb edərək müştəri şəbəkəsini genişləndirmək; Şirkət məhsullarını və yeni çeşidləri (SKU) peşəkar şəkildə təqdim etmək; təhvil verilmiş stend, soyuducu və digər ticari avadanlıqların təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət etmək; Satış nöqtələrində məhsulların rəf düzülüşünə (FIFO qaydalarına və şirkət standartlarına), məhsulun görünürlüyünə və rəf payına nəzarət etmək; Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini və debitor borcların (qalıq öhdəliklərin) vaxtında yığılmasını izləmək; müştəridəki stok həcmini optimal səviyyədə idarə etmək. Əsas tələblər: Təcrübə: FMCG sahəsində satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi; Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir; Dil bilikləri: Azərbaycan dili – səlis Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə) Fərdi keyfiyyətlər: Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı; Günün/həftənin planlaşdırılması və problemləri çevik həlletmə qabiliyyəti; Komandada işləmək, nəticəyönümlülük və məsuliyyətlilik. İş şəraiti və təminatlar: Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus; Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir; Əlaqə: Korporativ nömrə və danışıq paketi; İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü). Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Pərakəndə üzrə satış təmsilçisi” yazmaqla https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur. Vatsap: 0999003589 Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.