Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Confirex

Yanğın siqnalizasiya sistemləri üzrə mühəndis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Namizədə olan tələblər Yanğın siqnalizasiya sistemləri, zəif axın sistemləri və ya müvafiq texniki sahədə təcrübə; Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin iş prinsiplərini bilmək; Sistemlərin quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və texniki xidmətində iştirak bacarığı; Texniki sxemləri və layihə sənədlərini oxumaq bacarığı; Nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq bacarığı; Texniki sənədləşmə aparmaq və komanda ilə işləmək bacarığı. Vəzifə öhdəlikləri Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin quraşdırılması və sazlanmasında iştirak; Yanğın siqnalizasiya avadanlıqlarının yoxlanılması, sınaqdan keçirilməsi və texniki xidmətinin həyata keçirilməsi; Sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması; Layihə və texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək; Sifarişçi və layihə komandası ilə texniki məsələlərin əlaqələndirilməsi. İş şəraiti İş yeri: Bakı şəhəri; İş rejimi: tam ştat; Əməkhaqqı: 1 500–2 000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir); Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri və sənədləşmə; Peşəkar və öyrədici iş mühiti; Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı. Maraqlanan namizədlər öz CV-lərini sales@confirex.com elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.