Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nur Collection

Elektrik

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B 6 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir. İş barədə məlumat Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq; Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək; Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək; İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək; Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək; Elektrik quraşdırma işlərini icra etmək; Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək; Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək; Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək, Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək, Tələblər: Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə), Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi, Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması, Avtomatik idarəetmə sistemlərini bilməli, Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı, Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması, Normativ və Texniki sənədlərlə işləmək bacarığı, Namizədin şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyyəti; Ezamiyyə imkanları; Ünsiyyət yaratmaq bacarığı; İşə planlı yanaşması; Fəal olması və komandada işləmək bacarığı. Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına və ya 010 256 44 07 whatsapp nömrəsinə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.