Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Columba

Nəqliyyat üzrə kiçik mütəxəssis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq; Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq; Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək; Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək; Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq; Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək. Tələblər: Yaş həddi: 19-25 kişi namizəd Logistika və Nəqliyyat mühəndisliyi əlaqəli sahələr üzrə işləmək istəyən tələbələr; Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır; MS Excel/Word proqramından istifadə bacarığı; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı; Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə; Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək. İş şəraiti: Ofis. İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi. İş vaxtı: Yarım ştat 6 günlük iş rejimi, iş saatı 18:00-22:00; (axşam növbəsi) Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq info@columba.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.