Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Dövlət Dəniz və Liman Agentliyi

Gəmi qeydiyyatı və sənədləri şöbəsi aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində müvafiq qeydlərin aparılması; Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə"nin və digər gəmi sənədlərinin verilməsi ilə bağlı sənədlərin hazırlanması; "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq gəmilərin və dəniz limanlarının yoxlanılmasını həyata keçirmə, həmçinin keçirilən yoxlamalara uyğun olaraq şəhadətnamələrin hazırlanması; Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasında iştirak edilməsi və müvafiq sənədlərin hazırlanması; Gəmilərin və gəmiçilik şirkətlərinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə" üzrə həyata keçirilmiş yoxlamaların nəticəsinə uyğun olaraq müvafiq Şəhadətnamələrin hazırlanması; Gəmiçilik şirkətlərinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə" üzrə planlarının yoxlanılması; Gəmi agenti kursları üzrə proqramların hazırlanmasında iştirak edilməsi; Gəmilərin təhlükəsiz istismarına dair sənədlərin hazırlanması; Şöbənin vəzifələrinə uyğun olaraq əmrlərin və müraciətlərlə bağlı müvafiq sənədlərin hazırlanması; Tələb olunan bilik və bacarıqlar: Dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin tələbləri; "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları" haqqında biliklər; MS Office proqramlarında işləmə bacarığı; Şifahi və yazılı ünsiyyət bacarığı; Dəqiqlik və məsuliyyətlilik; Stresə davamlılıq. Planlama və zamanın idarə olunması bacarığı; İnnovativlik; Komandada işləmə bacarığı. Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi. Təhsil və kvalifikasiyalar: Gəmi sürücülüyü, Gəmi energetik qurğularının istismarı və ya Gəmiqayırma və gəmi təmiri ixtisasları üzrə ali təhsil. Dil bilikləri: Azərbaycan dili (səlis) və İngilis dili (B1) Arzu olunan tələblər: Dənizçilik sahəsində müvafiq Beynəlxalq Təşkilatlardan beynəlxalq konvensiyalar və məcəllələr üzrə "Auditor" kursunun bitirilməsinə dair sertifikatların olması; Rus dili-(B1). Müraciət etmə qaydaları: Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.