Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Europark MMC

SMM

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə haqqında: Sosial media platformalarında brendin tanıtımını və auditoriya ilə aktiv ünsiyyətini təmin edəcək, yaradıcı və dinamik SMM mütəxəssisi axtarırıq Əsas vəzifələr: Şirkətin sosial media hesablarının, xüsusilə Instagram və TikTok platformalarının idarə edilməsi; Sosial media üçün video və foto kontentlərin ideyalaşdırılması, hazırlanması və çəkilişinin həyata keçirilməsi; TikTok və Instagram üçün Reels, Stories və qısa formatlı videoların hazırlanması; Video çəkilişlərinin təşkil edilməsi, kadrların düzgün qurulması və çəkiliş prosesinin idarə olunması; Çəkilmiş videoların montajı, musiqi, keçid, mətn və digər vizual elementlərin əlavə edilməsi; TikTok-da müntəzəm canlı yayımların (LIVE) keçirilməsi və idarə olunması; Canlı yayımlar zamanı auditoriya ilə ünsiyyətin qurulması və izləyicilərin aktivliyinin artırılması; Sosial media üçün kreativ ideyaların hazırlanması və kontent planının formalaşdırılması; Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin izlənilməsi və kontentə tətbiq edilməsi; Paylaşımların mətnlərinin (caption) hazırlanması və uyğun hashtaglardan istifadə; Sosial media statistikalarının və auditoriya reaksiyalarının təhlili; Kontentin baxış, engagement və izləyici artımı göstəricilərinin izlənilməsi; Sosial media hesablarının inkişafı və brendin rəqəmsal görünürlüğünün artırılması. Tələblər: SMM və ya sosial media kontentinin hazırlanması sahəsində iş təcrübəsi; TikTok və Instagram platformalarını yaxşı bilmək; Video çəkilişi və qısa formatlı video kontent hazırlamaq bacarığı; TikTok LIVE formatında canlı yayımların keçirilməsi üzrə təcrübə; Video montaj proqramlarından istifadə bacarığı (CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlar); Kreativ düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı; Kamera qarşısında rahat və sərbəst ünsiyyət qurmaq bacarığı; Trend və viral kontentləri operativ şəkildə izləmək və tətbiq etmək bacarığı; Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı; Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq. İş qrafiki: 6 günluk İş yeri: Babək plaza Əmək haqqı: 600 azn Müraciət: Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “SMM” qeyd etməklə hr@europark.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.