Vakansiya haqqında
Azərbaycan Supermarket MMC "Qeyri Qida məhsulları üzrə Kateqoriya Meneceri" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Kateqoriya İdarəedilməsi
Şirkətin məqsədlərinə uyğun uzunmüddətli və qısamüddətli kateqoriya strategiyalarının hazırlanması və həyata keçirilməsi.
Assortimentin və kateqoriya göstəricilərinin optimallaşdırılması məqsədilə satışların, bazar tendensiyalarının, müştəri davranışının və rəqib fəaliyyətinin təhlil edilməsi.
Məhsulun həyat dövrünün (yeni məhsulların çeşidə daxil edilməsi, qiymətləndirmə, promo və çeşiddən çıxarılması daxil olmaqla) idarə olunması.
Satış, gəlirlilik, müştəri məmnuniyyəti və ehtiyat dövriyyəsinin balanslaşdırılması.
Çeşidlənmənin, qiymətləndirilmənin, promo və merçendayzinqin optimallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik edilməsi.
Təchizatçı və İdxal İdarəedilməsi
Yerli və beynəlxalq təchizatçılarla məhsulların axtarışı və inkişaf etdirilməsi (İdxal komandası ilə əməkdaşlıq çərçivəsində).
Qiymət, ödəniş şərtləri, çatdırılma cədvəlləri, promo dəstəyi və digər kommersiya şərtləri üzrə danışıqların aparılması.
Əsas təchizatçı münasibətlərinin idarə olunması və fəaliyyətin xərc, keyfiyyət, xidmət və innovasiya meyarları əsasında qiymətləndirilməsi.
Kommersiya müqavilələrinin icrasının və razılaşdırılmış təchizatçı gəlirlərinin vaxtında yığılmasının təmin edilməsi.
Kommersiya Planlaşdırması
İllik büdcələrin, proqnozların, kateqoriya planlarının və promo təqviminin idarə edilməsi.
Kateqoriya satışları, marja, gəlir və əsas kommersiya KPI-larına cavabdehlik.
Effektiv icranı təmin etmək üçün Marketinq, Merçendayzinq, Əməliyyatlar, Təchizat və Maliyyə şöbələri ilə əməkdaşlıq edilməsi.
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “Kateqoriya meneceri (qeyri qida)” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
