Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Capital Construction

Topoqraf köməkçisi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri: Sahə işləri zamanı topoqrafa texniki dəstəyin göstərilməsi və ölçmə proseslərində aktiv iştirak edilməsi; Topoqrafik cihazların quraşdırılmasında, daşınmasında və istifadəsində köməkliyin göstərilməsi; Sahədə aparılan ölçmələrin dəqiq qeydlərinin aparılması və ilkin məlumatların toplanılması; Ölçmə nəticələrinin emalına köməkliyin göstərilməsi, sxem və hesabatların hazırlanmasında iştirak; Sahə ölçmələrinin mövcud norma və təlimatlara uyğun sənədləşdirilməsində topoqrafa kömək edilməsi; Cihazların gündəlik texniki qulluğunun icrası, onların təhlükəsiz saxlanmasının və daşınmasının təmin edilməsilməsi; Sahə işlərində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istifadəsinin təmin edilməsi. Namizədə tələblər: Geodeziya, topoqrafiya və ya əlaqəli sahə üzrə təhsil mütləqdir; Müvafiq işdə minimum 1 il təcrübə; Topoqrafik ölçmə cihazları ilə işləməyə maraq və öyrənməyə açıq olmaq; Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma; Açıq sahədə və səyyar şəraitdə işləməyə fiziki uyğunluq; Texniki düşüncə və diqqətli olmaq. AutoCAD, MS Office (xüsusilə Excel) və GIS proqramları üzrə ilkin biliklər üstünlükdür. İş şəraiti: İş yeri: Lökbatan qəs. və Şəki şəhəri/Qəbələ şəhəri (Şəki və ya Qəbələ şəhərində yaşayan namizədlər üçün) İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf köməkçisi” qeyd etməklə hr@capitalconstruction.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.