Vakansiya haqqında
Planly böyüyən və müxtəlif bizneslərlə əməkdaşlıq edən innovativ şirkətdir. Komandamıza layihələrin idarə olunmasına və biznes tərəfdaşlıqlarının qurulmasına dəstək olacaq Layihə Assistentı axtarırıq.
Vəzifə öhdəlikləri:
Planly layihələrinin gündəlik işlərinin koordinasiyasında iştirak etmək
Şirkətlərlə B2B görüşlərdə iştirak etmək
Potensial biznes tərəfdaşları ilə əlaqə saxlamaq
Görüşlərin planlaşdırılması və təşkili
Şirkətlərə Planly məhsul və xidmətləri haqqında məlumat vermək
Layihələr üzrə tapşırıqların izlənilməsi
Komanda ilə koordinasiyalı işləmək
Yeni biznes imkanlarının araşdırılmasına dəstək olmaq
İş şəraiti
İş rejimi: 5 iş günü
Sərbəst / çevik iş qrafiki
Dinamik iş mühiti
Əmək haqqı:
1-ci həftə — Sınaq müddəti: Ödənişsiz
1-ci ay — Təcrübə ayı: 500 AZN
2-ci aydan: 600 AZN + bonus
Namizədə tələblər:
Güclü kommunikasiya bacarığı
Məsuliyyətli və operativ olmaq
İnsanlarla rahat ünsiyyət qurmaq
Təşkilatçılıq bacarığı
Yeni şeylər öyrənməyə həvəsli olmaq
B2B mühitinə maraq
Komanda ilə işləmə bacarığı
B2B görüşlərdə, satışda və ya biznes mühitində əvvəlki təcrübə üstünlük hesab olunur.
CV-lərinizi planly.az@mail.ru elektron poçt ünvanına və ya korporativ nömrəmizə 077-304-86-64 vatsap üzərindən göndərməyiniz xahiş olunur. Mesajın əvvəlində “Layihə Assistentı” qeyd etməyiniz mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
