Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

145 group

Catering iaşə və xidmətlər üzrə menecer (layihə üzrə)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş yeri: Qum Adası Əməkhaqqı: 1200–1500 AZN İş qrafiki: 08:00–18:00 Əsas vəzifələr: Catering layihəsinin gündəlik fəaliyyətinə tam rəhbərlik etmək və iş proseslərini koordinasiya etmək; Mətbəx, servis, təmizlik və digər əməkdaşların fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və nəzarətdə saxlamaq; Menyuya uyğun olaraq gündəlik yemək istehsalının vaxtında və keyfiyyətli həyata keçirilməsini təmin etmək; Ərzaq və xammalın sifarişi, qəbulu, anbara yerləşdirilməsi, saxlanılması və sərfiyyatına nəzarət etmək; Anbar qalıqlarını, məhsul hərəkətini və gündəlik sərfiyyatı mütəmadi izləmək; Məhsulların keyfiyyətinə, son istifadə tarixlərinə və düzgün saxlanma şəraitinə nəzarət etmək; Qida təhlükəsizliyi, HACCP, sanitariya və gigiyena tələblərinə tam riayət olunmasını təmin etmək; Ərzaq sərfiyyatının optimallaşdırılması və israfın minimuma endirilməsi üçün tədbirlər görmək; İşçi heyətinin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət etmək; Müştəri tərəfindən müəyyən edilmiş standart və tələblərin yerinə yetirilməsini təmin etmək; Gündəlik yemək sayı, ərzaq sərfiyyatı, anbar qalığı, personal və digər əməliyyat göstəriciləri üzrə hesabatlar hazırlamaq; Obyektdə yaranan operativ problemləri vaxtında həll etmək və zəruri hallarda rəhbərliyə məlumat vermək; Təchizat, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Layihənin xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə birbaşa nəzarət etmək. Namizədə əsas tələblər: Catering sahəsində 3–5 il iş təcrübəsi; Catering obyektinin və ya mətbəx əməliyyatlarının idarə olunması üzrə praktiki təcrübə; Anbar və ərzaq uçotu üzrə yaxşı biliklər; Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı; Ərzaq sərfiyyatı və maya dəyərinə nəzarət bacarığı; Qida təhlükəsizliyi və HACCP prinsipləri barədə bilik; Hesabat hazırlamaq və Excel-də işləmək bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq; Gərgin iş şəraitində və çoxsaylı əməkdaşlarla işləyə bilmək. CV-nizi Cv@145group.com e-mail adresinə və ya 055 400 01 45 nömrənin vatsapına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.