Vakansiya haqqında
Əmlak satışı və kirayəsi üçün ofis şəraitində 09.00-18.00 arası işləyəcək rus dilində sərbəst danışa bilən bəy və xanım təcrübəli əmlak mütəxəssisləri axtarılır!
Namizədə tələblər:
Ali təhsil
Azərbaycan və rus dilində səlis danışıq və düzgün ünsiyyət bacarığı
Müştəri ilə işləmək və satış sahəsinə maraq
Məsuliyyətli və işə ciddi yanaşma
Danışıqlar aparmaq və təqdimat bacarığı
Komandada işləmək bacarığı
Daşınmaz əmlak və ya satış sahəsində təcrübə üstünlükdür
İş təcrübəsi olmayan namizədlərə də üstünlük verilir. Sahə üzrə ilkin hazırlıq və iş prosesi ilə bağlı dəstək göstərilir.
İşin əsas öhdəlikləri:
Müştərilərlə telefon və görüş vasitəsilə əlaqənin qurulması
Müştərinin tələbinə uyğun əmlakların seçilməsi və təqdim olunması
Əmlak baxışlarının təşkili
Alıcı və satıcı ilə danışıqların aparılması
Satış prosesinin başlanğıcdan yekunlaşana qədər idarə olunması
Şirkət tərəfindən təqdim olunur:
Müştəri bazası və daxil olan müraciətlərlə işləmək imkanı
Satış və daşınmaz əmlak sahəsi üzrə təlimlər
Sabit iş mühiti və komanda dəstəyi
Satış nəticələrinə uyğun bonus və komissiya sistemi
Peşəkar və karyera inkişafı imkanı
İş saatları: 09:00-18:00
Daşınmaz əmlak sahəsində uzunmüddətli karyera qurmaq istəyən namizədlər CV-lərini avenorrealestate@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı mövzu hissəsində “Əmlak üzrə satış məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
