Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

LANDAU School

Anbardar -City Garden kampusu

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“LANDAU School” da City Garden kampusu üçün Əməliyyatlar departamentinə Anbardar axtarışındayıq! Təsvir Anbar fəaliyyətinə nəzarət etmək və idarə olunmasını təmin etmək; Mal və materialların düzgün şəkildə qəbulunu, saxlanmasını və uçotunun aparılmasını təmin etmək; Təchizat və logistika şöbəsi ilə əməkdaşlıq edərək material dövriyyəsini optimallaşdırmaq; Anbar stoklarının dəqiq uçotunu aparmaq və aylıq hesabatlar hazırlamaq; Qəbul və buraxılış sənədlərini düzgün tərtib etmək və arxivləşdirmək. Tələblər Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Ofis proqramlarından sərbəst istifadə bacarığı; Səlis azərbaycan dili biliyi; 1C proqramı üzrə biliklər arzuolunandır; Məsuliyyətli, diqqətli və nizam-intizamlı iş yanaşması. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki: həftədə 5 iş günü 08:00 – 17:00; Həyat yığım sığortası; Könüllü tibbi sığorta; Övladların təhsili üçün endirimlər; Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı; Təlim və inkişaf proqramları; Peşəkar inkişaf və karyera artımı imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət üçün əlaqə nömrəsi: 099 206 07 22 (Yalnız vatsap üzərindən müraciət edin, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız vatsap üzərindən ediləcəkdir.(Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini göndərməlidir) Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.