Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

iMotors

Lüks brend üçün Satış təmsilçisi/Aparıcı satış təmsilçisi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

iMotors yeni lüks brend üçün Satış təmsilçisi/Aparıcı satış təmsilçisi axtarır. Peşəkarlığın, yüksək xidmət standartlarının və avtomobil tutqusunun bir araya gəldiyi komandamıza qoşulun. Namizədə olan tələblər: Ali təhsil; Avtomobil satışı sahəsində minimum 3-5 il iş təcrübəsi; Avtomobil bazarı, modellər, texniki göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat; Satış prosesinin bütün mərhələləri üzrə bilik; CRM sistemləri ilə işləmək bacarığı; Sürücülük vəsiqəsi; Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla səviyyədə; MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı. Vəzifə öhdəlikləri: Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını yerinə yetirmək; Showroom-a daxil olan və onlayn kanallardan gələn müştərilərlə operativ əlaqə saxlamaq; Müştərinin ehtiyaclarını, büdcəsini və seçim kriteriyalarını müəyyən etmək; Müştəriyə uyğun avtomobil modeli, komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək; Avtomobilin texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək; Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş etdirmək; Potensial müştərilərlə mütəmadi follow-up həyata keçirmək; Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış imkanlarını müəyyən etmək; Yeni müştərilərin cəlb edilməsi üçün aktiv satış fəaliyyətləri həyata keçirmək; Korporativ və fərdi müştərilərlə satış görüşləri keçirmək; Müştərilərə kredit, lizinq, sığorta, servis və digər əlavə xidmətlər haqqında məlumat vermək; Avtomobilin təhvil verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək; Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak etmək; Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq; Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə məlumat vermək. İş şərtlərimiz: İş yeri: Üzeyir Hacıbəyli küç 157C Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi/Aparıcı satış təmsilçisi” yazaraq hr@imotors.az elektron poçt ünvanına göndərmələri

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.