Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Analitik Ekspertiza Mərkəzi

SƏTƏMM üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Analitik Ekspertiza Mərkəzi" PHŞ komandasına qoşulmaq üçün əməyin mühafizəsi üzrə təcrübəli mühəndis axtarır. Əsas vəzifələr: Mərkəzdə əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət; İş yerlərində risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi; - Bədbəxt hadisələrin tətqiqi və qarşısının alınması üçün tədbirlərin hazırlanması; İş yerlərində ilkin, təkrar və plandan kənar təlimatlandırmanın təşkili; Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək; Təhlükəsizlik üzrə sənədlərin və qeydiyyatın aparılması; Müəyyən edilmiş qaydada və müddətlərdə hesabatların hazırlanması; Tələblər: Ali təhsil (texniki, mühəndislik və ya əlaqəli ixtisas) NEBOSH, IOSH və ya ISO 45001 sertifikatı arzuolunandır Əməyin mühafizəsi sahəsində ən azı 2 il təcrübə Azərbaycan Respublikasının əmək və təhlükəsizlik qanunvericiliyini yaxşı bilmək Azərbaycan dili-səlis, rus və ingilis dili-arzuolunan MS Office proqramlarından istifadə bacarığı Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı Müraciət üçün CV-nizi mail-in mövzu hissəsində “Əməyin mühafizəsi üzrə mühəndis (SƏTƏMM üzrə mütəxəssis)” yazaraq hr@pharma.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Son müraciət tarixi: 12.10.2026-cı il

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.