Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Grand Motors Company

Korporativ Satış Müdiri

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Namizədə olan tələblər: B2B/korporativ satış sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi; Korporativ müştərilərlə işləmək, yeni müştəri bazası yaratmaq, danışıqlar aparmaq bacarığı; Güclü kommunikasiya və təqdimat bacarığı; Kommersiya təklifləri hazırlamaq bacarığı; Nəticəyönümlü və təşəbbüskar olmaq; Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür. Vəzifə öhdəlikləri: Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması; Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması; Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsinə nəzarət edilməsi; Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi; Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi; Şirkətin satış həcminin artırılmasına dəstək olunması; Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi; İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirilməsi; Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi; Şöbənin əməkdaşlarının işinin təşkili və idarə edilməsi; Əməkdaşlarının məlumatları sistemdə tam və düzgün qeyd etməsinə nəzarət edilməsi; Müştəri şikayətlərinin vaxtında həll olunması. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30); Servis və nahar mövcuddur; Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan hr-cv@grandmotors.az elektron poçt ünvanına göndərmələri xahiş olunur Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.