Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Hesabatlılıq üzrə aparıcı mütəxəssis - Binəqədi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Hesabatlılıq üzrə aparıcı mütəxəssis axtarır Əsas vəzifə öhdəlikləri: Maliyyə və əməliyyat göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq; Əməliyyat sistemləri və məlumat bazalarından məlumatları toplamaq, emal və təhlil etmək; Hesabat məlumatlarının dəqiqliyini və tamlığını yoxlamaq, uyğunsuzluqları aradan qaldırmaq; Hesabatlılıq proseslərini təkmilləşdirmək, rəhbərlik üçün analitik məlumatlar və təqdimatlar hazırlamaq; Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək məlumatların vaxtında əldə olunmasını təmin etmək. Tələb olunan bilik və bacarıqlar: Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Hesabatlılıq, maliyyə təhlili və ya analitika sahəsində minimum 3 il iş təcrübəsi; MS Excel üzrə yüksək səviyyədə bilik, iri həcmli məlumatlarla işləmək və onları təhlil etmək bacarığı; Analitik düşünmə, problemlərin həlli, detallara diqqət və effektiv kommunikasiya bacarıqları; Üstünlük hesab olunur: Power BI və digər məlumatların vizuallaşdırılması alətləri üzrə biliklər; Məlumat bazalarının sorğulanması, maliyyə modelləşdirilməsi və büdcə təhlili üzrə təcrübə; Nəqliyyat sahəsində iş təcrübəsi. İş yeri: Binəqədi rayonu, Sumqayıt şosesi 3. İş rejimi: 5 günlük. Əməkhaqqı: Müsahibə əsasında. Müraciət qaydası: Namizədlər CV-lərini ir@bbak.az elektron poçt ünvanına, mövzu hissəsində “Hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.