Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Veysəloğlu

Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək; Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək; Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək; Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək; Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək; Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq; Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək; Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək; Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq; Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə tələblər: Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli; Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir); Yaxşı səviyyədə MS Excel biliyi olmalı Analitik düşüncə, Komandada işləmək bacarığı. Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir. Digər məlumatlar: Nahar və servis ilə təmin edilmə Əmək bazarına uyğun rəqabətli əmək haqqı 5 günlük tam iş qrafiki Korporativ mobil nömrə Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.