Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nardaran İnvest

Geodeziya / Topoqrafiya Mühəndisi

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“Nardaran İnvest” MMC “Geodeziya / Topoqrafiya Mühəndisi” vakansiyasını elan edir! Sahə işlərində təcrübəsi olan, topoqrafik ölçmələr və xəritələşdirmə üzrə praktiki bacarıqlara malik mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri: Ərazi üzrə geodezik və topoqrafik təhlillər aparmaq, obyektləri, qurğuları və digər ərazi elementlərini yüksək dəqiqliklə ölçmək; Topoqrafik çəkilişləri (syomka) həyata keçirmək və nəticələr əsasında obrislər hazırlamaq; Müxtəlif miqyaslı xəritələr, topoqrafik planlar və xəritə materialları hazırlamaq; Şəhərsalma və digər layihələr üçün topoqrafik məlumatlar hazırlamaq; Relyef məlumatları ilə işləmək, rəqəmsal relyef modellərinin və həcm hesablamalarının hazırlanmasında iştirak etmək; Topoqrafik ölçmələr aparmaq, xəritələşdirmə və ərazi məlumatlarını təhlil etmək; Total Station, GPS/GNSS və digər geodezik ölçmə avadanlıqlarından peşəkar şəkildə istifadə etmək; Sahə ölçmələrindən əldə olunan məlumatları AutoCAD və digər müvafiq proqram təminatlarına köçürmək və emal etmək; Ölçmə nəticələri əsasında texniki hesabatlar, planlar və digər təqdimat materialları hazırlamaq; Layihə ərazisində baş verən dəyişiklikləri və işlərin gedişatını mütəmadi izləmək; Aşkar edilmiş dəyişikliklər, uyğunsuzluqlar və irəliləyişlər barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək; Ölçmə və hesablamaların dəqiqliyinə, həmçinin hazırlanmış texniki sənədlərin layihə tələblərinə uyğunluğuna nəzarət etmək. Namizədə tələblər: Geodeziya və Xəritəçilik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır; Analoji vəzifə üzrə minimum 5 il iş təcrübəsi; AutoCAD proqramında sərbəst işləmə bacarığı; Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı; Topoqrafik ölçmələr, xəritəçəkmə və geodeziya sahəsində geniş nəzəri və praktiki biliklər; Topoqrafik məlumatların emalı, təhlili və texniki hesabatların hazırlanması bacarığı; Relyef və həcm hesablamaları ilə işləmək bacarığı; Sahə ölçmələrini dəqiq və operativ şəkildə həyata keçirmək bacarığı; Texniki sənədləşdirmə və hesabatların hazırlanması üzrə bacarıqlar; Komanda daxilində işləmək və layihə rəhbərliyi ilə effektiv kommunikasiya qurmaq bacarığı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Geodeziya / Topoqrafiya Mühəndisi” qeyd etməklə e.abdullayeva@seabreeze.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.