Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

LANDAU School

Şirniyyatçı (Gecə növbəsi)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“LANDAU School” da City Garden kampusu üçün gecə növbəsinə Şirniyyatçı axtarışındayıq! Servis xidməti mövcuddur Təsvir: Şirniyyat və un məmulatlarının hazırlanması; Reseptura və texnologiyaya əməl edilməsi; Standart reseptlərə, porsiya ölçülərinə və texnoloji göstərişlərə ciddi riayət edilməsi; Məhsul keyfiyyətinin və eyni dad standartının qorunması; Avadanlıqlardan düzgün və təhlükəsiz istifadə edilməsi, təmizliyinin təmin olunması; Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına uyğun işləməsi; Ərzaq ehtiyatlarının düzgün idarə edilməsi, məhsul itkisinin minimuma endirilməsi; Mətbəx komandasına dəstəyin verilməsi və kollektiv iş qaydasına əməl edilməsi; Menyu üçün yeni şirniyyat məhsullarının hazırlanması. Tələblər Şirniyyatçı vəzifəsində minimum 3 il iş təcrübəsi; Şirniyyat və xəmirdən hazırlanan məhsullar üzrə bilik və bacarıqlar; Gigiyena və qida təhlükəsizliyi qaydalarını bilmək; Komandada işləmək bacarığı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət qaydası: 099 206 07 22 (Vatsap ancaq Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız Vatsap üzərindən ediləcəkdir.Müraciət edən namizədlər mütləq şəkildə vakansiyanın adını qeyd etməklə CV-lərini göndərməlidir. Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.