Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Elit Optimal

Mühasib

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; Hesab və elektron qaimə-fakturaların yazılması və göndərilməsi; Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti; Gündəlik elektron qaimə-fakturaların yoxlanması; Mal və Xidmətlər üzrə müqavilə və sifarişlərin yoxlanılması; Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması və təqdim edilməsini təmin etmək; Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; İş prosesində məlumatların məxfiliyinin saxlanılması; Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi. Namizədə tələblər: Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); Dil bilikləri – Azərbaycan dili – səlis, Rus və İnglis dili- orta səviyədə; ERP (mühasibat uçotu) programla işləmək bacarığı Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək. Maraqlanan namizədlər öz CV-lərini career@elitoptimal.az elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.