Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

By Telecom

Filial müdiri

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Filialın gündəlik fəaliyyətini və iş proseslərini təşkil etmək və idarə etmək; Filial üzrə satış planlarının və müəyyən edilmiş hədəflərin icrasını təmin etmək; Satış nəticələrini təhlil etmək və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək; Filial əməkdaşlarının iş bölgüsünü aparmaq, fəaliyyətlərini koordinasiya və nəzarət etmək; İşçilərin performansını qiymətləndirmək və inkişaflarına dəstək olmaq; Müştəri xidmətinin şirkət standartlarına uyğun təşkilinə nəzarət etmək; Müştəri məmnuniyyəti və loyallığının artırılması üçün tədbirlər görmək; Məhsulların filialda düzgün yerləşdirilməsinə, vitrinlərin və satış sahəsinin standartlara uyğunluğuna nəzarət etmək; Kassa əməliyyatlarının və maliyyə intizamının düzgün aparılmasına nəzarət etmək; Filialın daxili intizam qaydalarına və şirkətin prosedurlarına əməl olunmasını təmin etmək; Kampaniya və satış aksiyalarının filialda düzgün icrasını təşkil etmək; Rəhbərliyə filialın fəaliyyəti, satış göstəriciləri və mövcud problemlər barədə müvafiq hesabatlar təqdim etmək; Filialın fəaliyyətinin səmərəliliyinin artırılması və şirkətin ümumi biznes hədəflərinə nail olunması istiqamətində təkliflər vermək. Namizədə tələblər Ali təhsil; Satış və ya mağaza idarəçiliyi sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir; Rəhbərlik və komanda idarəetmə bacarığı; Satış göstəricilərinin təhlili və planlaşdırılması bacarığı; Güclü ünsiyyət və təqdimat bacarığı; Təşkilatçılıq və problem həll etmə bacarığı; Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı; Azərbaycan dilində səlis danışıq; Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək; MS Office proqramlarında işləmək bacarığı; İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Peşəkar komanda İnkişaf və karyera imkanları Elektronika sahəsində peşəkar inkişaf imkanı İş yeri: ByTelecom MMC İş rejimi: 6 günlük iş qrafiki Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Filial müdiri” yazmaqla hr@bytelecom.com elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.