Vakansiya haqqında
DEVİN Film & Media Akademiyası komandamıza qoşulacaq, satış qabiliyyətinə güvənən və dinamik iş mühitində yüksək gəlir hədəfləyən xanım namizədlər axtarır!
Siz nələr edəcəksiniz?
Akademiyamıza daxil olan müraciətlərin peşəkar səviyyədə idarə olunması;
Namizədlərə zəng edərək akademiya və kasting prosesi haqqında dolğun məlumat verilməsi və onların qeydiyyatdan keçirilməsi;
Kasting görüşlərinin təqvimi və koordinasiyasının aparılması;
Müraciət edən şəxslərə akademik təhsil paketlərimizin təqdimatı və satışı.
Kimləri axtarırıq?
Mükəmməl Azərbaycan dili və axıcı, təsirli nitq qabiliyyətinə sahib;
Çağrı mərkəzi və üz-üzə satış sahəsində ən az 1 il iş təcrübəsi olan (Məcburi şərtdir);
İnsanları inandırmaq, ehtiyaclarını anlamaq və satışla nəticələndirmək bacarığına malik;
Gündəlik və aylıq hədəflərlə (kotalarla) işləməyə öyrəşmiş, nəticəyönümlü;
Film və media sahəsinə marağı olan, məsuliyyətli xanımlar.
30 yaşadək qadın namizədlər
Biz nə təklif edirik? (Gəlir Sistemi və Şərtlər)
Sınaq müddəti: 5 günlük test müddəti;
İş qrafiki: Həftədə 6 gün;
Sabit Əmək Haqqı: 600 AZN;
Kasting Qeydiyyatı Bonusu: Gündəlik minimum 10 nəfərlik kasting qeydiyyatı hədəfini yerinə yetirənlərə günlük əlavə 20 AZN (Aylıq 600 AZN-ə qədər əlavə qazanc);
Satış Bonusu (10% komissiya): Həyata keçirilən hər uğurlu akademik təhsil satışı üçün əlavə 20 AZN (Satışda limit yoxdur, aylıq ortalama 10 satışla əlavə 200 AZN qazanc imkanı);
Ümumi Gəlir Potensialı: Sabit maaş və bonuslarla birlikdə aylıq 1400 AZN və daha çox qazanmaq imkanı;
Yaradıcı və inkişafa açıq bir komandada işləmək fürsəti.
Müraciət qaydası:
Yalnız yuxarıdakı tələblərə cavab verən və işə peşəkar yanaşan namizədlərdən CV-lərini "Kasting Koordinatoru" başlığı ilə info@devinmedya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
(Başqa vasitələrlə edilən müraciətlər nəzərə alınmayacaqdır)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
