Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Şam-Fi - Sham-Fi International Trading Company

Satış təmsilçisi (şəxsi avtomobili olan)

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş barədə məlumat: Məhsullarin tanıdılması və satış hədəflərinin yerinə yetirilməsi; Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq və satışı həyata keçirmək; Müştərilərdən məhsulların sifarişlərinin qəbul edilməsi; Müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsullar haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək; Yeni məhsulların təqdim edilməsi və onların satış məntəqələrində satışını təmin etmək; Şirkətin məhsul və kampaniyaları haqqında müştəriləri məlumatlandırmaq; Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin etmək; Yerli bazarı araşdırmaq; Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması; Müştərilərlə müqavilə bağlanmasının və sənədləşmə işinin təşkili; Ticarət nöqtələrinin inkişafı; Satışı analiz edərək rəhbərliyə təkliflər vermək; Marketinq tədbirlərində iştirak edilməsi; Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması; Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi. Namizədə aid tələblər: Ali təhsil Satış təcrübəsi B kateqoriyalı sürücülük vəsiqəsi Hərbi mükəlləfiyyətli Aktiv, dünyagörüşü çox , ünsiyyətcil və inandırma bacarığı Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq Satışın analizini aparmaq bacarığı Vaxtın səmərəli idarəolunması bacarığı Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı Təminatımız: 5 günlük iş rejimi, istirahət günləri - Şənbə, Bazar Yanacaqla təmn edilmə Əmək haqqı - Fix + Bonus (1000-1500 aralığında) Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini cv@sham-fi.az elektron ünvanına Subject/Mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.