Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Nur Collection

Mağaza üzrə baş menecer

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

“ Nur Collection” MMC - Brend House mağazalarının Əhmədli və Yasamal filiallarına “Mağaza üzrə Baş Menecer” vəzifəsinə vakansiya elan edir. İş şəraiti: Əmək haqqı: 1000 manat + bonus. 6 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00, Vəzifə öhdəlikləri: Müştəri münasibətlərinin və məmnuniyyətinin təmin etməyi və artırmağı bacarmalı; SRM modulu ilə işləmək , satınalma sifarişlərinin yaradılması, təchizatçı kataloqundan məhsul seçimi, performans hesabatları, müştəri şikayətlərinin effektiv şəkildə idarə edilməsi bacarığı; Vitrin və məhsul düzülüşünü müştəri davranışına uyğun qurmaq (visual merchandising) və mütamadi olaraq nəzarət etmək; Satış və tələbat analizlərini nəzərə alaraq sifarişləri optimallaşdırmaq və daim nəzarət; Gündəlik, həftəlik və aylıq satış hesabatlarını analiz etmək, Satış hədəflərinin müəyyən olunması və izlənməsi; İşçilərin motivasiyasını və performansını artırmaq, İşçi cədvəllərinin, iş qrafiklərinin hazırlanması, növbələrin təşkili və icrasına nəzarət; liderlik etməklə bərabər, daim təlimlərin keçirilməsi ( merçendayzer, satıcı, baş satıcı) və komandanın inkişafı üçün KPI (Əsas Performans Göstəriciləri) və ROI (İnvestisiya Qaytarımı) anlayışlarını izah etməsi və ciddi nəzarət; Stokların düzgün idarə olunması (mədaxil-məxaric, inventar nəzarəti) Anbar itkilərinin qarşısını alma yollarını bilməsi və nəzarəti; Strukturda Marketinq departamenti ilə birgə kampaniyalar və aksiyalar təşkil edilməsi və nəzarət; Sosial media və yerli reklam imkanları ilə (SMM)mütamadi olaraq işləmək bacarığı və nəzarət; Namizədə tələblər: Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür); Mağaza sahəsində (mağaza meneceri kimi) minimum 3 il iş təcrübəsi mütləqdir; Azərbaycan dili - yüksək, ingilis və rus dilləri arzuolunandır; Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları; Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik; Komandada işləmə və komandanı idarəetmə; Şəxsi Keyfiyyətlər: Liderlik və təşəbbüskarlıq; Təşkilatçılıq və vaxtı düzgün idarə etmək bacarığı; Təzyiq altında işləyə bilmək və qərarvermə bacarığı; Dəqiqlik, dürüstlük və məsuliyyətlilik. Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağaza üzrə baş menecer” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.10.2026.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.