Vakansiya haqqında
Görəcəyiniz işlər:
Bankda arxiv işinin təşkilində iştirak etmək;
Sənədlərin təlimata uyğun olaraq arxivə qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadəsi prosesində iştirak etmək;
Arxivdə saxlanılan və əhəmiyyətini itirmiş sənədləri məhv edilmək üçün hazırlamaq, ekspert-yoxlama və məhv etmə komissiyalarının işində iştirak etmək;
Sənədlərin arxivə təhvil alınması məqsədilə region MXS-lərinə ezam olunmaq;
Qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş formada arxivə verilməli olan sənədləri Bankın aidiyyəti struktur bölmələrindən akt əsasında təhvil almaq;
Arxivə təhvil verilmiş sənədləri tarixə və aidiyyətinə görə qruplaşdırmaq, qovluqlara yerləşdirmək və onların reyestrini yeniləmək;
Arxivləşdirilmiş sənədləri aidiyyəti struktur bölmələrin rəsmi müraciəti (sorğusu) əsasında elektron və ya kağız daşıyıcıda təqdim etmək;
Respublikanın regionlarında yerləşən Bank strukturlarına ezam olunarkən Bankın təqdim etdiyi avtomobili idarə etmək, ezam olunmuş əməkdaşları daşımaq, bu funksiyadan irəli gələn vəzifələri yerinə yetirmək və məsuliyyət daşımaq;
Aparat rəhbərliyi tərəfindən vəzifənin əsas məqsədinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Bizim üçün uyğun namizəd:
Ali və ya orta təhsilli;
B və C kateqoriyalı sürücülük vəsiqəsinə sahib;
MS Office proqramlarında sərbəst işləmək bacarığına sahib;
Yüksək ünsiyyət, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
