Vakansiya haqqında
Struktur bölmənin adı
Maliyyə texnologiyaları və innovasiyalar departamenti / Maliyyə texnologiyalarının
təhlili və inkişafı şöbəsi
Vəzifənin funksiyaları:
Departamentin və şöbənin strateji hədəflərinə və əməliyyat planına uyğun olaraq
məhsul və layihələr üzrə müəyyən edilmiş nəticələrin və əsas fəaliyyət göstəricilərinin yerinə yetirilməsində
iştirak edir.
Maliyyə texnologiyaları, rəqəmsal transformasiya və
innovativ məhsullar üzrə yerli və beynəlxalq bazar araşdırmaları aparır, istifadəçi ehtiyaclarını və texnoloji
həlləri təhlil edərək müvafiq təkliflər hazırlayır.
Məhsulun vizyonunu,
məqsədlərini, əhatə dairəsini və gözlənilən nəticələrini formalaşdırır, aidiyyəti maraqlı tərəflərlə
razılaşdırır.
Məhsulun yol xəritəsini və backlog-unu hazırlayır,
tələbləri biznes dəyəri, istifadəçi ehtiyacı, risk və texniki asılılıqlar nəzərə alınmaqla
prioritetləşdirir.
Biznes və funksional tələbləri, istifadəçi
ssenarilərini və qəbul meyarlarını hazırlayır və aidiyyəti bölmələrlə razılaşdırır.
İstifadəçi və maraqlı tərəflərin ehtiyaclarını müəyyən etmək məqsədilə məhsul kəşfiyyatı
prosesini, müsahibələri, sorğuları və işçi görüşləri təşkil edir.
Minimum
işlək məhsulun (MVP-nin) əhatə dairəsini müəyyən edir, prototiplərin və pilot həllərin hazırlanması və sınaqdan
keçirilməsini əlaqələndirir.
Maliyyə texnologiyaları və innovativ
məhsulların ideyanın formalaşdırılmasından tətbiqə və davamlı təkmilləşdirilməsinə qədər məhsul həyat dövrünün idarə
olunmasında iştirak edir.
Məhsul və təşəbbüslər üzrə Mərkəzi Bankın
struktur bölmələri, dövlət qurumları, maliyyə bazarı iştirakçıları, texnologiya şirkətləri və beynəlxalq
təşkilatlarla əməkdaşlığı əlaqələndirir.
Məhsul tələblərinin hüquqi,
informasiya təhlükəsizliyi, data və texnoloji tələblərə uyğunluğunun aidiyyəti bölmələrlə birlikdə təmin edilməsində
iştirak edir.
Hazırlanmış funksionallıqların müəyyən edilmiş biznes
tələblərinə və qəbul meyarlarına uyğunluğunu qiymətləndirir və məhsulun istifadəyə verilməsi prosesində iştirak
edir.
Məhsul üzrə uğur meyarlarını və əsas fəaliyyət göstəricilərini
müəyyən edir, tətbiqdən sonrakı nəticələri və istifadəçi rəylərini təhlil edərək təkmilləşdirmə təklifləri
hazırlayır.
Məhsul və layihələr üzrə riskləri, məhdudiyyətləri,
asılılıqları və qərar tələb edən məsələləri müəyyən edir və vaxtında eskalasiya olunmasını təmin
edir.
Məhsul və layihələr üzrə irəliləyiş, nəticələr, risklər və əsas
fəaliyyət göstəricilərinə dair hesabat və təqdimatlar hazırlayır.
Şöbənin
fəaliyyət istiqamətləri çərçivəsində departament və şöbə rəhbərliyinin digər tapşırıqlarını yerinə
yetirir.
Texniki kompetensiyalar
Təqdimat və yazı bacarığı
Aidiyyəti sahə
üzrə qanunvericilik bilgiləri
Layihələrin idarəetmə
bacarığı
İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə
biliklər
Tədqiqat aparma bacarığı
Təcrübə
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi tələb olunur
Təhsil
Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat) tələb
olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu
olunandır) tələb olunur.
Kompüter bacarıqları
MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və
modelləşdirmə alətləri
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
