Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Almaniyada Ausbildung və iş imkanları ilə bağlı müraciət edən şəxslərə məlumat vermək
Müştərilərlə görüşlər keçirmək, müraciətləri qəbul etmək
Viza və sənədləşmə proseslərini izləmək
CV, motivasiya məktubu və digər müraciət sənədlərinin hazırlanmasında iştirak etmək
Almaniyadakı müəssisələrlə yazışmalar aparmaq
Müştərilərin müraciətlərini vaxtında və düzgün idarə etmək
Tələblər:
Almaniya üzrə Ausbildung, iş vizası və sənədləşmə prosesləri haqqında bilik
Bu sahədə iş təcrübəsinin olması
Alman dili biliyi ən azı A2
Müştərilərlə sərbəst və nəzakətli ünsiyyət bacarığı
Kompüter və ofis proqramlarından istifadə bacarığı
Məsuliyyətli, diqqətli, komandada işləmək bacarığı və öyrənməyə həvəs
İş şəraiti:
İş yeri: Bakı, şəhər mərkəzi
Əməkhaqqı: 500 AZN + hər yeni müştəri qəbuluna görə əlavə bonus
Rəsmi əmək müqaviləsi
Rahat və peşəkar ofis mühiti
İş prosesində əlavə öyrənmə və inkişaf imkanı
İş qrafiki və bonus sistemi haqqında ətraflı məlumat müsahibə zamanı veriləcək
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
