Vakansiya haqqında
Administrator axtarılır!
Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media
layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün məsuliyyətli və təcrübəli administrator axtarılır.
Administrator məkanın gündəlik fəaliyyətinin təşkilinə, xidmət keyfiyyətinə və iş
proseslərinin koordinasiyasına nəzarət edəcək.
Vəzifələr:
Məkanın gündəlik fəaliyyətinin təşkil edilməsi və iş proseslərinə
nəzarət;
Əməkdaşların iş bölgüsünün aparılması və komandanın
koordinasiyası;
Qonaqların qarşılanması, müraciət və istəklərinin
operativ şəkildə həll edilməsi;
Rezervasiyaların, tədbir və görüşlərin
təşkilinin koordinasiyası;
Xidmət keyfiyyətinə, daxili qaydalara və iş
intizamına nəzarət;
Məhsul və digər zəruri ehtiyatların mövcudluğuna
nəzarət, ehtiyacların vaxtında bildirilməsi;
Gündəlik işlərin və yaranan
məsələlərin rəhbərliyə müvafiq qaydada hesabatlandırılması.
Namizədə tələblər:
Xidmət sahəsində ən azı 5 il iş təcrübəsi;
Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı;
Yüksək ünsiyyət və müştəri xidmətləri bacarığı;
Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
Təşkilatçılıq, məsuliyyətlilik və detallara diqqət;
Gərgin iş şəraitində və dinamik komandada işləmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Təşəbbüskar, punktual və nəticəyönümlü olmaq;
Rus
və Azərbaycan dillərini səlis, İngilis dilini bilmək arzuolunandır.
Biz təklif edirik:
Rahat və yaradıcı iş mühiti;
1500 AZN
əməkhaqqı + hər ay minimum 300 AZN bonus.
Yeni və dinamik bir məkanın fəaliyyətində rol almaq, komandanı idarə etmək və öz
təcrübənlə iş proseslərinin inkişafına töhfə vermək istəyirsənsə — CV-niMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
