Vakansiya haqqında
Təsvir
35 kV yarımstansiyanın və elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işinə nəzarət etmək;
Gərginlik, cərəyan, yük və temperatur göstəricilərini izləmək və qeydə almaq;
Güc transformatorlarının, paylayıcı qurğuların və rele mühafizə sistemlərinin vəziyyətinə nəzarət etmək;
Təsdiq edilmiş qaydalar və səlahiyyətlər çərçivəsində operativ qoşma və açma əməliyyatlarını yerinə yetirmək;
Qəza və nasazlıq hallarında müvafiq təlimatlara uyğun tədbirlər görmək;
Təmir və texniki xidmət işlərinin təşkilində iştirak etmək;
Növbənin təhvil-təslim prosesini və operativ sənədləşməni təmin etmək;
Layihənin tikinti, sınaq və işə salma mərhələlərində iştirak etmək;
Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Baş energetik və aidiyyəti texniki heyətlə koordinasiyalı işləmək.
Tələblər
Elektroenergetika, elektrik mühəndisliyi və ya əlaqəli sahədə ali və ya orta ixtisas təhsili;
Yüksək gərginlikli yarımstansiyalarda minimum 3 il iş təcrübəsi;
35 kV yarımstansiyaların, transformatorların və paylayıcı qurğuların iş prinsipləri üzrə biliklər;
Elektrik sxemlərini və operativ sənədləri oxumaq bacarığı;
Rele mühafizəsi və elektrik təhlükəsizliyi üzrə biliklər;
Müvafiq elektrik təhlükəsizliyi üzrə ixtisas və səlahiyyət sənədlərinin olması;
Növbəli iş rejimində işləyə bilməli;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Servislə təmin olunur
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
